Çexiya mediası Türkiyə istehsalı pilotsuz uçan aparatlarının (PUA) Qarabağdakı 44 günlük müharibədə qazandığı tarixi uğura diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, çex mediası Azərbaycan ordusunun türk PUA-larından peşəkarlıqla istifadə etdiyini, Ermənistan hərbi qüvvələrinə sarsıdıcı zərbə vurduğunu bildirib.
Məlumatda, eyni zamanda Çexiyanın da Azərbaycan, Polşa və Ukraynadan sonra türk PUA-larının müştərsi ola biləcəyi vurğulanıb. Bu sırada Albaniya və Latviyanın da adları çəkilib.
Çexiya müdafiə nazirinin müavini Filip Reha türk jurnalistlərinə açıqlamasında ölkəsinin bu addımı atacağını istisna etməyib:
“Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa hazırıq. ABŞ və Türkiyə arasındakı problemlər bizi maraqlandırmır. Bizi Avropa Birliyi və Çexiyanın qanunları maraqlandırır. Türkiyənin istehsal etdiyi keyfiyyətli məhsullara ehtiyacımız olarsa, texniki-iqtisadi əsaslandırmalara başlayacağıq”.