25 Avqust 2021 14:47
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Wildberries” onlayn mağazasının qurucusu və baş direktoru Tatyana Bakalçuk Rusiyanın ən varlı qadınlarının siyahısında birinci yeri tutur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazır.

Reytinqə görə, Bakalçukun sərvəti 13 milyard dollar həcmindədir. O, ilk dəfə 2018-ci ildə ölkənin ən varlı adamları siyahısına daxil olub. Həmin vaxt onun sərvəti 600 milyon dollar idi.

“Forbes”in siyahısının ilk üç yerinə həmçinin “İnteko” şirkətinin keçmiş sahibi, Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun arvadı Yelena Baturina (1,3 milyard) və “Qruppa Çerkizovo”nun şəriki Lidiya Mixaylova (1,3 milyard) da daxildir.

Dördüncü yeri 900 milyon dollar sərvəti ilə “Lukoyl” kompaniyasının şəriki və Moskvanın “Spartak” klubunun prezidenti Leonid Fedunun qızı Yekaterina tutub. Beşinci sırada “Svetofor” supermarketlər şəbəkəsinin şəriki Valentina Şnayder öz ailəsi ilə qərarlaşıb.

Rusiyanın ən varlı qadınlarının ilk onluğuna “Proqress Kapital” kompaniyasının səhmdarı Olqa Belyavtseva, “Fosaqro”nun səhmlərinin sahibi Yevgenia Quryeva və Tatyana Kovalçu, “Sodrujestvo” şirkətlər qrupunun sahibi və qurucusu Natalya Lutsenko və milyarder Dmitri Rıbolovlevin keçmiş həyat yoldaşı Yelena də daxil olub. Onların hər birinin sərvəti 600 milyon dollar olaraq qiymətləndirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər