Rusiyanın Baş naziri Mixail Mişustin Fizika və Riyaziyyat Milli Mərkəzinin (FRMM) yaradılması haqqında fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Mərkəz Prezident Vladimir Putinin tapşırığı ilə yaradılır.
“Onun əsas məqsədləri dünya səviyyəli yeni elmi nəticələr əldə etmək, yüksək ixtisaslı alimlər yetişdirmək, ölkənin elmi potensialını gücləndirməkdir”, - deyə fərmanda bildirilir.
Mərkəzin yaradılmasında “Rosatom”un mütəxəssisləri, Rusiya Elmlər Akademiyası, Moskva Dövlət Universiteti və Kurçatov adına İnstitutun alimləri iştirak edirlər. Baza Moskva Dövlət Universiteti filialının tədris korpusu, qabaqcıl laboratoriyalar və “Sarov” texnoparkı olacaq.