“ABŞ İraqdakı hərbi qüvvələrini çıxarsa belə, Fransa geri çəkilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Terror təhdidi davam edərsə və İraq hökuməti bunu tələb etsə, amerikalılar geri çəkilsə belə, Fransa bu ölkədən çıxmayacaq”, - Makron bildirib.
O, Fransa hərbi qüvvələrinin İraqdakı fəaliyyətlərinə davam etdiyini söyləyib:
“İraqda əməliyyatlarda iştirak edən xüsusi təyinatlılarımız var. Buradakı qarşıdurmalarda kişi və qadın hərbçilərimizi itirdik. Orada olmaq Fransa üçün bir şərəfdir. Terrorçular orada qaldığı müddətcə İraqı qoruyacağıq”.