30 Avqust 2021 22:39
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-2021-ci illərdə Əfqanıstana rəhbərlik etmiş Əşrəf Qani və komandası ölkədən BƏƏ-yə qaçarkən milyonlarla dollar aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Məlumata görə, əfqan siyasətçilər korrupsiya yolu ilə əldə etdikləri bu pulların böyük bir hissəsini əvvəlcədən BƏƏ-dəki (Dubay) banklara köçürüblər.

Nəşr qeyd edib ki, BƏƏ-nin devrilmiş diktatorlar və korrupsioner siyasətçiləri qəbul etməsi təkcə bu adlara olan simpatiyasına görə yox, həm də ölkələrinə gətirdikləri “çirkli pullar”a görədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər