İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Urania Papatheu Azərbaycan sülhməramlı qüvvələrinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsində göstərdiyi fəaliyyəti təqdir edib.
Azərbaycanın İtaliyadakı səfirliyindən Teleqraf.com-a verilən xəbərə görə, Urania Papatheu yerli mətbuata açıqlamasında bildirib ki, bu məsələdə böyük yetkinlik nümayiş etdirən Azərbaycan həmişə olduğu kimi İtaliya və Avropa İttifaqı (Aİ) ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu nümayiş etdirib.
Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı Türkiyə və Azərbaycan sülhməramlılarının hazırkı durumunu müzakirə edib
“Azərbaycanın Kabil hava limanında təhlükəsizliyə töhfə verdiyi vaxtda Ermənistan parlamentində əlbəyaxa davanın şahidi olduq”, - deyə senator vurğulayıb.