1 Sentyabr 2021 16:56
2 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən “Business Insider” saytı təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan Ay-Ulduz kompleksini ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binası ilə müqayisə edib.

Teleqraf.com xəbər verir ki, sayt hərbi kompleksin Pentaqondan daha böyük olacağını yazıb.

Kompleksin təməli iyulun 15-də Prezident Ərdoğanın qatıldığı rəsmi mərasimdə atılıb.

Məlumata görə, nəhəng hərbi kompleks Ankarada inşa edilir. Layihə “Türkiyənin Pentaqonu” adlandırılır. Proyekt çərçivəsində ay və ulduz şəklində yeni binalar inşa ediləcək. Milli Müdafiə Nazirliyi və bütün digər hərbi qüvvə komandanlıqları yeni kompleksdə yerləşəcək.

Layihə çərçivəsində bütün bölmələr bir dam altında toplanacaq. Prezident Ərdoğanın açıqlamasına görə, Ay-Ulduz kompleksi 2023-cü il mayın 19-da istifadəyə veriləcək.

Kompleks təxminən 12.6 milyon kvadrat metrlik ərazidə inşa edilir. Ay-Ulduz kompleksində 15 000 personal xidmət edə biləcək.

Peyk fotoşəkillərindən Ay-Ulduz kompleksinin inşasına aylar əvvəl başlandığını görmək mümkündür. Artıq tikintidə əhəmiyyətli irəliləyişlər əldə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər