2 Sentyabr 2021 14:39
3 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada sentyabrın 1-də Bilik Günü münasibəti ilə məktəbdə keçirilən tədbir ölkədə səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, məktəb həyətində keçirilən tədbirdə müəllimlərdən biri göbək rəqsi edib və bu, hamının kefini pozub.

Məlumata görə, təhsil departamenti uşaqların önündə belə bir performansın qəbul edilməz olduğunu bəyan edib və bildirib ki, hadisədən sonra məktəbin bütün personalı sorğuya alınıb.

Məktəb direktoru isə gənc müəllimin bu addımına görə cəzalandırılacağını və məktəbdə isə təftişlər aparılacağını söyləyib.

Analar Birliyi Şurasının sədri Tatyana Butskava bildirib ki, tədbir zamanı belə bir rəqsdən uşaqlar heç nə başa düşməyib: “Böyüklər bundan utanmalı olmalıdır”.

Olayın bu qədər böyüməsi gənc müəllimin işdən uzaqlaşdırılması ilə nəticələnə bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər