9 Noyabr 2014 23:27
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda terror təşkilatı İŞİD tərəfindən xəlifə elan edilən Əbubəkr əl-Bağdadinin yaralandığı iddia edilir.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani Twitter hesabından Bağdadinin yaralandığını təsdiq edib. Lakin o, məsələ ilə bağlı detallı məlumat verməyib.

"Xəlifənin ölməsiylə xilafətin sonunun çatdığınımı zənn edirsiniz" deyə sual edən Adnani Bağdadinin sağlıq durumunun yaxşı olduğunu yazıb.

Bu iddiayla əlaqədar müstəqil mənbələrdən məlumat verilməyib.

Qeyd edək ki, dünən beynəlxalq koalisiyanın Enbara təşkil etdiyi hücum zamanı Bağdadinin yaralandığı barədə KİV-də xəbərlər yer almışdı.

Nihad


Müəllif:

Oxşar xəbərlər