“Əfqanıstan ciddi şəkildə vətəndaş müharibəsinə daxil olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Baş qərargah rəisi, general Mark Milley "Fox News" kanalına müsahibəsində deyib.
General bildirib ki, onların təxminlərinə görə, şərtlər daxili vətəndaş müharibəsinə açıq olduğu yönündədir: “Şərtlər daha geniş masştablı bir daxili savaşda Əl-Qaidə və İŞİD-in meydan qazanmasına uyğundur”.
ABŞ-ın artıq Əfqanıstanda rəsmi olmadığına diqqət çəkən Milley bu durumun regionda kəşfiyyat informasiyanın toplanmasını çətinləşdirəcəyini də bildirib: “Bəzi kəşfiyyat nöqtələrini yenidən qurmalıyıq. ABŞ-a yönəlik təhdidlərə qarşı əməliyyatlar keçirməyə davam edəcəyik”.