11 Noyabr 2014 00:09
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləyir. Bu addımlar problemin hərbiləşdirilməsinə və Ukraynanın şərqinə daha çox silah cəlb edilməsinə yönəlib".

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, dünən bu bəyanatla ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki çıxış edib.

Rusiyanın Donbas separatçılarına ağır texnika göndərməsi barədə xəbərlərə münasibət bildirən Cen Psaki Vaşintonun bunu "Minsk razılaşmasının pozulması" kimi dəyərləndirdiyini bildirib.

"Əgər Rusiya bu addımlarını davam etdirəcəksə, onda bunun bədəli daha ağır olacaq", - Psaki deyib.

Onun fikrincə, Rusiya hərbi texnikası və hərbçilərini Ukraynadan çıxarmalı, separatçıları isə atəşkəs rejimini pozmamağa çağırmalıdır.

Nihad


Müəllif: