Avstraliyanın Fransa sualtı qayıqlarını almaqdan imtina etməsinin səbəb olduğu problemlər yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makron və amerikalı həmkarı Cozef Bayden arasında müzakirə ediləcək.
Teleqraf.com-un məlumatına görə, bunu "BFM" telekanalının efirində Fransa hökumətinin rəsmi nümayəndəsi Qarbiel Attal deyib.
Q.Attal bildirib: "Prezident C.Bayden vəziyyəti müzakirə etmək üçün prezident E.Makrona müraciət edib. Müzakirə yaxın günlərdə baş tutacaq".
Onun sölərinə görə, iki ölkə liderinin arasında danışıqlar sözügedən məsələdə irəliləyiş əldə etmək məqsədi daşıyır: "Bu böhranın mərkəzində iqtisadi deyil, strateji maraqlar dayanır. Yəni, bu, Hind-Sakit okean bölgəsində yerləşən güc, güclərin tarazlığının pozulması ilə bağlı bir məsələdir. Söhbət gələcəyimizin bir hissəsindən və Çinlə münasibətlərimizdən gedir.
Unudulmamalıdır ki, Fransa Hind-Sakit okean bölgəsinin bir ölkəsidir, çünki orada ərazisi var - Yeni Kaledoniya, orada fransızlar yaşayır, orada fransız hərbçiləri yerləşir".