Avropada yaşayan türklərin toy mərasimi zamanı avtomobil karvanı yollarda problemlər yaradır.
Teleqraf.com xəbər verir ki, bunun son nümunəsi bazar günü Parisin şimalındakı Laignedəki toy konvoyu olub.
Məlumata görə, Laignevillanın əsas küçələrində 20 dəqiqə ərzində türk toy karvanının yol qaydalarını 71 dəfə pozduğu müəyyən olunub.
Qaydaları pozan konvoy üçün kəsilən cəza 9 585 avro olub. Avtomobili idarə edən sürücülərin sürücülük vəsiqələrinin balları isə ümumilikdə 100 bal aşağı salınb.
Qeyd edək ki, son illər buna bənzər hadisələr Belçika və Hollandiyada da baş verir.