İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri “milli valyuta” tətbiq etmək istəyirlər.
Teleqraf.com “The Daily Mail” qəzetinə istinadən xəbər verir ki, militanlar erkən islam dövründə istifadə edilən dinara qayıtmaq niyyətindədirlər.
Nəşr ehtimal edir ki, dinar yaxın bir neçə həftə ərzində Suriya və İraqda yaraqlıların nəzarətində olan ərazilərdə dövriyyəyə çıxarılacaq.
İŞİD bu məlumatı hələlik təsdiqləməyib.
Qeyd edək ki, hazırda Əlcəzair, Bəhreyn, İran, İraq, İordaniya, Küveyt, Liviya, Tunis, Serbiya və Makedoniya Respublikasında dinar rəsmi valyuta hesab olunur.
Samir