25 Sentyabr 2021 14:16
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Baş naziri Skott Morrison Vaşinqtonda ABŞ, Hindistan və Yaponiya liderlərinin görüşündən sonra QUAD ittifaqı haqda açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, dördlü ittifaqı “böyük ortaqlıq” adlandırıb.

Avstraliya Baş naziri Skott Morrison, ABŞ Prezidenti Co Bayden, Hindistan Baş naziri Narendra Modi və Yaponiya Baş naziri Suqa Yoşixide Ağ Evdə bir araya gəliblər. Bu, Hind-Sakit okean bölgəsində Çinə qarşı mübarizə üçün qurulmuş format olan QUAD-ın ilk üz-üzə görüşü olub.

Ağ Evdə görüşən 4 lider koronavirus, yeni texnologiyalar, regional proseslər, energetika və iqlim dəyişikliyi ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra açıqlama verən Morrison 6 ay əvvəl qurulan QUAD formatının bu müddət ərzində fəaliyyətində böyük inkişafa nail olduğunu bildirib.

“Bu, Hind-Sakit okean bölgəsində Çinə və ya hansısa bir ölkəyə qarşı olan ortaqlıqdır. Bölgədə sabitliyə nail olmaq üçün bu addımı atmışıq”, - baş nazir bildirib.

Çinlə yanaşı Rusiya da QUAD və ötən günlərdə elan edilmiş AUKUS adlı hərbi ittifaqların onun əleyhinə olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər