26 Sentyabr 2021 11:40
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Bəlucistan əyalətində avtomobilin partlaması nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha 2 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə sərhəd korpusu hərbi qulluqçularının Harnay əyalətində patrul xidməti zamanı baş verib.

Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayış olub.

Əraziyə güc strukturlarının əməkdaşları cəlb edilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə görə məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” terror təşkilatı üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər