27 Sentyabr 2021 16:08
16 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vahid Rusiya”nın seçkiqabağı siyahısının liderləri partiya işində profil komissiyalarına rəhbərlik edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Vahid Rusiya”nın seçki siyahısının ilk beşliyinə daxil olan şəxslərlə bu gün keçirdiyi görüş zamanı bildirib.

V.Putinin sözlərinə görə, Uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Anna Kuznetsova birbaşa Dövlət Dumasının özündə ailələrin və uşaqların qorunması istiqamətini əlaqələndirəcək.

Siyahının liderləri "Vahid Rusiya"da xüsusi olaraq yaradılmış bu komissiyalara rəhbərlik edəcəklər:

Müdafiə naziri Sergey Şoyqu – Şərqi Sibirin inkişafı komissiyası

Xarici İşlər naziri Sergey Lavrov – Beynəlxalq əməkdaşlıq və xaricdəki vətəndaşlara dəstək komissiyası

40 saylı Şəhər Klinik Xəstəxanasının (“Kommunarka”) baş həkimi Denis Protsenko – Sağlamlıq komissiyası

Anna Kuznetsova – Ana, uşaq və ailənin müdafiəsi komissiyası

Yelena Şmelyova, "Ümumrusiya Xalq Cəbhəsi" ictimai hərəkatının mərkəzi qərargahının həmsədri, "Talant və uğur" fondunun rəhbəri – Təhsil və elm komissiyası.

Dövlət Dumasına VIII çağırış seçkilər 17-19 sentyabr tarixlərində keçirilib. Sentyabrın 21-də MSK sədri Ella Pamfilova səsvermə nəticəsində alınan deputat mandatlarının bölgüsünü açıqlayıb. İlkin məlumatlara görə, “Vahid Rusiya” Dövlət Dumasındak; 450 yerdən 324 yer alıb və konstitusiya çoxluğunu saxlayıb (2016-cı ildəki seçkinin nəticələrinə görə - 343). Rusiya Federasiyası Kommunist Partiyası 57 mandat alıb (əvvəl 42 idi). “Ədalətli Rusiya - Həqiqət Üçün” 27 (əvvəl 23 idi), Rusiya Liberal-Demokrat Partiyası 21 (əvvəl 39 idi), “Yeni İnsanlar” Partiyası 13, “Vətəndaş Platforması” 1, “Vətən” Partiyası 1, “İnkişaf Partiyası” 1, namizədliyi özləri tərəfindən irəli sürülənlər 5 deputat yerinə sahib olacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər