Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində antiterror əməliyyatı keçirib.
Teleqraf.com xəbər verir ki,bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatının İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan rəhbərlərindən biri Engin Karaaslan məhv edilib.
Engin Karaaslanın 2000-ci illərdə terrorçu PKK-nın Ermənistan üzrə nümayəndəsi olduğu bildirilir.