1 Oktyabr 2021 11:15
7 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstana qayıtması xəbəri yayılan eks-prezident Mixail Saakaşvili ilk açıqlamasını verib.

Teleqraf.com xəbər verir ki, o, Gürcüstan hakimiyyətinə qarşı mübarizədən geri çəkilməyəcəyini bildirib.

“Hamımız başa düşməliyik ki, “Gürcü Arzusu”na səs vermək Gürcüstan üçün ölüm hökmünün imzalanması demək olacaq. Ona görə də oktyabrın 2-də hamımızı Gürcüstanı xilas etmək üçün seçkiyə getməliyik. Biz oktyabrın 3-də səhər seçkinin nəticələrini müdafiə etmək üçün Gürcüstanın hər yerindən Tiflisə yürüş edəcəyik, mən də bu karvanlardan birinə qoşulacağam.

İstəyim odur ki, sütunlar çox və güclü olsunlar ki, məni dayandıra bilməsinlər. Əgər qəsbkar hökumət məni əvvəllər həbs etməyi bacarmışdısa, indi öz gücümüzü daha da artırmalıyıq. Nə olur-olsun geri çəkilməyəcəyəm və ümid edirəm ki, siz də geri çəkilməyəcəksiniz”, - Saakaşvili bildirib.

Mixail Saakaşvili səhər saatlarında Gürcüstana qayıtdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu