4 Oktyabr 2021 10:31
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada ehtiyatda olan hərbçilərin və paraşütçülərdən ibarət hərbi idman klubunun Aşağı Saksoniyada mühacirləri öldürmək planı ortaya çıxıb.

Teleqraf.com bildirir ki, bu barədə “Spigel” nəşri məlumat yayıb.

Nəlum olub ki, Lüneburg prokurorluğu hərbi idman klubuna yönəlik araşdırmaya başlayıb. İdman klubunun polkovnik-leytenant Jens. G adlı şəxs tərəfindən idarə olunduğu qeyd edilir.

Polkovnik-leytenantın idman təlimlərini təşkil etdiyi, aparılan araşdırmada Jensin Müdafiə Nazirliyində bir mütəxəssislə təmasda olduğu ortaya çıxıb.

Lüneburg prokurorluğu 37-53 yaş arasında dəyişən 9 şübhəlini sağçı görüşlərə məxsus silahlı qrupa daxil olduğu ittihamı ilə də araşdırır.

Araşdırma çərçivəsində sentyabr ayında Aşağı Saksoniya, Şimali Reyn Festfalya və Berlində şübhəlilərlə bağlı 8 mülkdə axtarış aparılıb, silah və hərbi ləvazimatlar ələ keçirilib. Bu basqınlardan qısa müddət sonra qrupun başında Gens. G adlı hərbçinin durduğu müəyyən edilib.


Müəllif: Nemət