12 Oktyabr 2021 09:50
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri və sualtı “Admiral Tributs” gəmisi Yapon dənizində raket atışları həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada manevrlərin yay təlim dövrünün son yoxlanışları olduğu bildirilib.

Təlim zamanı “Varyaq” və “Admiral Tributs” gəmiləri “Fort”, “Kinjal” və “Osa”' raket kompleksləri ilə sürətli hava hədəflərinə atəş açıb.

Gəmilər hədəf raketlərini uğurla zərərsizləşdirib.

Təlimə Sakit Okean Donanmasının 12 hərbi gəmisi qatılıb. Sözügedən gəmilər raketlərin atıldığı bölgənin təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirir.

Təlim çərçivəsində ümumilikdə 10 raket atılıb.


Müəllif: Mənsur Rəğbətoğlu