Əfqanıstanda keçirilən əməliyyatlar zamanı 21 Taliban döyüşçüsü məhv edilib.
Publika.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Kunduz, Nuristan, Logar, Paktia, Xost, Paktika, Zabul, Kandahar, Gazne Azrag, Laghman ve Kunar şəhərlərində Talibana qarşı əməliyyatların davam etdiyini bildirib.
Məlumata görə, əməliyyatlarda 21 terrorçu öldürülüb, 16-ı yaralanıb, 22 nəfər isə həbs edilib.
O cümlədən, Taliblərə məxsus xeyli silah-sursat müsadirə olunub, terrorçuların müxtəlif şəhərlərdə yol kənarlarına quraşdırdıqları bombalar zərərsizləşdirilib.