15 Oktyabr 2021 15:50
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşınmaz əmlak imperiyası varisi, milyarder Robert Derst ən yaxın qadın dostunu öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, R.Derst Syuzen Bermanı 2000-ci ildə Kaliforniyadakı Beverli Hillsdəki evində güllələyərək öldürüb. O bu qətl barədə HBO-nun “Milyarderin sirləri” (The Jinx) sənədli serialında təsadüfən xatırlayıb və 2015-ci ildə həmin seriyanın efirə çıxmasından az əvvəl Yeni Orleanda həbs edilib.

Milyarder məhkəmədə özünü təqsirli bilməyib.

Polis Derstin müxtəlif vaxtlarda daha iki nəfəri – 1982-ci ildə itkin düşmüş və öldüyü ehtimal edilən həyat yoldaşı Ketlin Makkormak və bir vaxtlar cinayətkarın gizləndiyi Texasın Qalveston şəhərinin yaşlı sakinini öldürdüyünü ehtimal edir.

Derst ikinci qətl işi üzrə andlılar məhkəməsini özünümüdafiə üçün hərəkət etdiyinə inandıra bilib. Odur ki, ona bu cinayət işi üzrə bəraət verib.

Amerika mətbuatının yazdığına görə, Nyu-York prokuroru həyat yoldaşının itkin düşməsi ilə bağlı qısa müddətdə Dersta qarşı yeni ittihamlar irəli sürmək niyyətindədir.

78 yaşlı mütttəhimin vəkilləri apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Çıxarılan hökm vaxtından əvvəl şərti olaraq həbsdən azad etməni istisna edir.


Müəllif: Səxavət