21 Oktyabr 2021 17:35
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkələri iə Ukrayna arasında müştərək hərbi təlimlər “real müharibəyə” hazırlaşmaqdan başqa məna vermir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jrinovski deyib.

Jrinovski hərbi birliklərin tədricən rus sərhədlərinə transfer edilməsi durumunda 2027-ci ildə böyük masştablı müharibə başlaya biləcəyini, Kiyevin dəstəyi ilə silahların saxlanılmasının gizlədildiyini ifadə edib.

Jrinovski qlobal svaşın nədən məhz 2027-ci ildə başlayacağı ilə bağlı da özünəməxsus əsaslandırma gətirib: “80 yaşımı sakit qeyd etmək istəyirəm. Lütfən 85-ci doğum günündən əvvəl başlayın”.


Müəllif: Nemət