21 Oktyabr 2021 22:39
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail noyabrın 1-dən koronavirus peyvəndinin hər iki dozasını almış və ya xəstəlikdən sağalan turistlərin ölkəyə girişinə icazə verəcək.

Teleqraf.com xəbər verir ki, İsrailin Baş nazir Naftali Bennett və Səhiyyə naziri Nitzan Horovitz turistlərin ölkəyə girişinə icazə verən planı təsdiqləyib.

Kabinetin təsdiqindən sonra qüvvəyə minməsi gözlənilən planda, ölkəyə gələn turistlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan hər iki doza peyvəndləri olmalıdır.

Qeyd edək ki, İsrail COVID-19 epidemiyası səbəbilə 2020-ci ilin mart ayından etibarən qapılarını turistlər üçün bağlayıb.


Müəllif: Yeganə Oqtayqızı