23 Oktyabr 2021 00:43
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Hərbi Hava Qüvvələri cümə günü Suriyanın şimal-qərb hissəsinə zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

Qeyd edilir ki, hava zərbəsi nəticəsində “Əl Qaida” terror qruplaşmasının başçılarından biri məhv edilib. Bu, Abdul Həmid Al-Matardır. O, terror təşkilatının yüksək vəzifəli şəxslərindən olub.

Məlumata görə, zərbə pilotsuz təyyarə MQ-9-un köməyi ilə endirilib. Zərbə zamanı dinc sakinlərinin həlak olması haqqında xəbər yoxdur.


Müəllif: Teleqraf.com