25 Oktyabr 2021 12:00
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Si Cinpin COVID-19 başlayar-başlamaz özünü ən güclü təcrid edən şəxslərdən sayılır. Bu səbəbdən onun beynəlxalq imici zəifləsə də, təcriddən çıxaraq xarici ölkələrə səfər etməsi və diplomatik təmaslara keçməsi gözlənilmir.

Teleqraf.com xəbər verir ki, Qərb mediası Çin liderinin pandemiya başlayan kimi özünü təcrid etməsindən, xaric dövlət başçıları ilə yalnız video və yaxud telefonla təmas saxladığını bildirib.

Rəsmi Pekin gələn həftə Romada keçiriləcək 20-liyin toplantısına qatılmayacağını bildirir. Bir neçə gün sonra BMT-nin iqlim dəyişikliyi razılaşması COP 26 görüşündə də Cinpinin iştirak edəcəyinə dair hər hansı bir işarət yoxdur.

Məlumata görə, Çin lideri pandemiyanın başladığı andan Pekində qarşılayacağı 23 xarici dövlət başçısını, eləcə də Braziliyadan İtaliyaya, habelə Rusiyadan Şimali Koreyaya qədər 11 ölkəyə planlaşdırılan səfərini təxirə salıb.

Cinpinin son xarici səfəri 2020-ci ilin yanvarında Myanmada olub, həmin ilin martında isə Pekində Pakistan prezidentini qarşılayıb. O zamandan bu yana Çin lideri hər hansı bir dövlət başçısı ilə real təmaslara keçməyib, əksinə, bundan imtina edərək özünü tam izolyasiya vəziyyətinə salıb.

Analitiklər hesab edirlər ki, Cinpinin son 21 ayı ancaq Pekində qalması ona xarici həmkarları ilə görüşlər zamanı narahatlıq yaradacaq suallardan qaçmağa imkan yaradır. Bu sıraya ilk olaraq Pekin hökumətinin koronavirusla mübarizədə ilk olaraq səhv addımlar atması, Sincan, Hon-Konq və Tayvanla bağlı siyasi məsələlərdə danışmamaq lüksuna malikdir.


Müəllif: Nemət