27 Oktyabr 2021 14:34
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikanın cənub-qərbindəki Gine körfəzində Kameruna aid yük gəmisini ələ keçirməyə çalışan dəniz quldurlarına regionda olan Rus hərbi gəmisi müdaxilə edib.

Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl dəniz quldurları Panama bayrağı ilə üzən Lucia adlı yük gəmisinə hücum edib.

Gəmi heyəti dərhal fövqəladə çağırış edib. Bundan sonra rusların Kulakov hərbi gəmisi dəniz quldurlarına müdaxilə edib. Gəmidən Ka-2PS helikopteri havaya qaldırılıb. Xüsusi təyinatlılar gəmiyə daxil olub. Bu zaman dəniz quldurları Lucia yük gəmisini qoyaraq qaçmağa başlayıb.

Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləyib. Elan edib ki, Toqodan Kameruna gedən Panamaya aid yük gəmisinə dəniz quldurlarının hücumu barədə informasiya alan rus gəmisi prosesə müdaxilə edib.


Müəllif: Nemət