Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasının baş katibi Abdel Lətif əz Zəyyani qurumun müdafiə şurasının Küveytdə keçirilən 13-cü sessiyasında çıxışı zamanı deyib.
Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman və BƏƏ daxildir.
“Bölgənin və, bütövlükdə, dünyanın həyati maraqlarına təsir edən ciddi dəniz təhlükələri Şuraya üzv olan dövlətləri ümumi Hərbi Dəniz Qüvvələrinin yaradılması daxil olmaqla lazımi tədbirlər görməyə məcbur edir”, deyə əz Zəyyani qeyd edib.
Şuraya üzv olan dövlətlər regionun vahid Hərbi-Dəniz Qüvvələrinin yaradılması təşəbbüsünü müzakirə ediblər.
Əz Zəyyaninin sözlərinə görə, körfəz ölkələrinin liderləri təhlükələrə qarşı birgə çıxış etməkdə maraqlı olduqlarını həmişə ifadə edirlər.