İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə üçün İraqın 80 min əsgərə ehtiyacı var.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Komandanlığının baş qərargah rəisi Martin Dempsey bildirib. Onun sözlərinə görə, bu əsgərlər qurudan hərəkət edərək itirilən torpaqları geri qaytara biləcək.
Dempsey ABŞ quru qoşunlarının da bölgəyə göndərilməsi ehtimalını nəzərdən keçirdiklərini qeyd edib.
Samir