30 Oktyabr 2021 12:00
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Türkiyə istehsalı olan dronlarını (Bayraqdar-TB2) ilk dəfə Donbasda istifadə edilməsinin leqal olduğunu bəyan edərək Almaniya və Fransanın tənqidlərini qəbul etməyib.

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri Türk dronlarının istifadə edilməsinin müdafiə xarakterli olduğunu, atəşkəsi pozmadığını bildirib.

“Atəşkəs razılaşması çərçivəsində hərəkət edirik. Ukrayna bu formatda fəaliyyət göstərməyə davam edəcək. Ukraynadakı dronlar sadəcə müdafiə məqsədlidir. Ukrayna ordusu torpaqlarını müdafiənin lazım olduğunu hiss etdikdə bunu tətbiq edər”, - Prezident Zelenski bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun separatçılara qarşı dron istifadə etməsi Rusiya ilə yanaşı Almaniya və Fransanı da narahat edib. Paris və Berlin Ukraynada ağır silahların istifadəsinə başlandığını, bunun da atəşkəslə birlikdə yaxşılaşan ortama zərər verə biləcəyini qeyd edib.


Müəllif: Nemət