2 Noyabr 2021 08:25
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ölkəni Paris İqlim sazişindən çıxardığı üçün üzr istəyib.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammitində (COP26) dövlət başçısı ABŞ-ın vaxtilə Paris İqlim sazişindən çıxmasına görə təəssüf hissi keçirdiyini vurğulayıb.

“Hesab edirəm ki, mən üzr istəməli deyiləm. Bununla belə, mən ABŞ-ın Paris İqlim sazişindən çıxmasına görə üzr istəyirəm. Bu addım bizi geri saldı” deyə Bayden qeyd edib.

Bayden həmçinin iqlim dəyişikliyi ilə mübarizənin dünya iqtisadiyyatı üçün əlverişli imkanlar yaratdığını bildirib. O, sözdən işə keçməyin vaxtı gəldiyini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər