İtaliyanın baş naziri Matteo Renci Rusiya prezidenti Vladimir Putinlə görüşündə Ukraynadakı vəziyyətinin müzakirəsini təklif edib.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, “Böyük iyirmi”liyin Avstraliyada keçiriləcək sammiti çərçivəsində baş tutan görüşdə Renci Ukraynadakı vəziyyətin regiona ciddi təsir etdiyini açıqlayıb. Onun sözlərinə görə, oktyabr ayında Milan sammitində bu məsələ ilə bağlı qəbul edilən qərarlar Ukraynada vəziyyətin sabitləşməsinə imkan verib.
Putin Milan görüşün təşkilinə görə İtaliyanın baş nazirinin təşəkkür edib. O qeyd edib ki, Rusiya hər zaman problemlərin həlli ilə bağlı danışıqlara hazırdır.
Samir