Almaniyada keçirilmiş parlament seçkilərindən səkkiz həftə sonra Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyası (FDP) hökumət qurmaq planlarını rəsmən təqdim ediblər.
Teleqraf.com xəbər verir ki, maliyyə naziri Olaf Şolz kansler, Yaşılların həmsədri Habek isə onun müavini olacaq.
Almaniyanın 1950-ci illərdən bəri ilk üç partiyalı koalisiya hökuməti “Azadlıq, Ədalət və Davamlılıq üçün alyans” adlı 177 səhifəlik plana uyğun olaraq yola düşür.
Koalisiya sazişinin konturunun aşağıdakı kimi olması planlaşdırılır:
- Minimum əmək haqqı saatda 12 avroya qədər artırılacaq.
- Səsvermə yaşı 16-ya endiriləcək.
- Astronomik kirayələrə qarşı daha çox yaşayış evi tikiləcək. Dövlət illik hədəf olan 400 min mənzilin dörddə birini maliyyələşdirəcək.
- Miqrantlara beş illik yaşayışdan sonra vətəndaşlıq üçün müraciət etməyə icazəsi veriləcək.
COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün xüsusi qrup yaradılacaq.
- İkili vətəndaşlığa icazə veriləcək.