Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında keçiriləcək görüşün tərixini təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Onun sözlərinə görə, görüş dekabrın 7-də qorunan videoəlaqə vasitəsilə keçiriləcək.
Görüş zamanı tərəflər bir sıra ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.