Myanmada hərbi rejimə qarşı etirazlar zamanı 5 nəfər ölüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Deutsche Welle" telekanalı xəbər verib.
Məlumata əsasən, hadisə dekabrın 5-də Yanqonda baş verib, ordu maşını yüksək sürətlə nümayişçilərə çırpılıb.
Şahidlərin sözlərinə görə, hadisədən sonra əsgərlər etirazçılara atəş açıb. "Myanmar Now" xəbər portalının məlumatına əsasən, xəsarət alanlara kömək etmək istəyən azı 15 nəfər saxlanılıb.