7 Dekabr 2021 08:45
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı olduğu dörd illik fəaliyyəti ilə bağlı kitab yazır.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Newsmax TV”yə müsahibəsində bildirib.

“Bəli, xatirələri yazıram. Görəcəksiniz, bu çox güclü olacaq”, - deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.

Tramp əlavə edib ki, onun kitabı naşirlər tərəfindən böyük maraq doğurub.

Eyni zamanda, ABŞ-ın 45-ci prezidenti öz xatirələrinin dərc olunma vaxtını, eləcə də orada işıqlandırılacaq mümkün mövzuları qeyd etməyib.


Müəllif: Teleqraf.com