Rusiya Türkiyəyə S-400 zenit-raket komplekslərinin əlavə partiyasını göndərməyi planlaşdırır.
Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını göndərib-göndərməyəcəyini etməyəcəyi ilə bağlı sualı Peskov belə cavablandırıb: "Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Biz buna ümid edirik ki, bəli".