9 Dekabr 2021 10:09
5 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Afinanın Ankara ilə dialoqa açıq olduğunu deyən Yunanıstan Baş naziri Kiryakos Mitsotakis beynəlxalq dəniz hüququ çərçivəsində razılığa gələ biləcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Mitsotakis Putinlə Şərqi Aralıq dənizi və Kiprlə bağlı məsələləri də müzakirə etdiklərini deyib.

Kiprlə bağlı iki icmanın iştirakı ilə həll təklif etdiklərini və bunun yeganə doğru variant olduğunu düşündüklərini qeyd edən Mitsotakis Türkiyə ilə sərhədlərin müəyyən edilməsi məsələsinin də beynəlxalq dəniz hüququ ilə həll oluna biləcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər