Hindistan Müdafiə Araşdırmaları və Hazırlamalar Təşkilatı (DRDO) ölkənin Hərbi Hava Qüvvələrinin helikopterindən SANT (Stand-off Anti-Tank) tank əleyhinə raketinin uğurlu sınaq buraxılışını həyata keçirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Hindistan hökumətinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, sınaqlar Racastxan ştatının Pokharan poliqonunda baş tutub.
Qeyd olunub ki, silah 10 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilir.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, sınaqlar zamanı bütün tapşırıqlar tam yerinə yetirilib.