16 Dekabr 2021 14:41
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələlik vəziyyət mənə 2022-ci ilin aprel seçkilərində ikinci müddətə namizədliyimi irəli sürməyi planlaşdırıb-planlaşdırmadığım sualına cavab verməyə imkan vermir”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında deyib.

“Mən indi seçkilər barədə danışacaq vəziyyətdə deyiləm”, - Fransa lideri bildirib.

Onun sözlərinə görə, indi namizədliyini elan etsəydi, lazımi qərarlar qəbul etmək, xüsusən də koronavirus pandemiyasının yeni dalğası ilə mübarizə aparmaq çətin olardı.

“Həm ölkədəki vəziyyəti, həm də öz vəziyyətimi nəzərə alaraq, bu gün hələ də bu suala cavab verə bilmirəm”, – Makron əlavə edib. Eyni zamanda, gələn ilin aprelindən sonra ölkə və həmvətənləri üçün planlarının olub-olmadığı soruşulduqda, o, qısa cavab verib: “Əlbəttə”.

Fransada prezident seçkiləri 2022-ci il aprelin 10 və 24-də iki turda keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər