17 Noyabr 2014 23:59
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskdə imzalanmış atəşkəs haqqında sazişə əsasən, daha 17 Ukrayna hərbçisi əsirlikdən azad edilib.

Teleqraf.com-un UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Pyotr Poroşenko öz şəxsi “Twitter” səhifəsində yazıb.

"Donetskdə əsirlikdə olan 17 hərçi azad edilib. Onlardan 4-ü Milli Qvardiyaçı, 7-i Ukrayna Silahlı Qüvvələrinin əsgəri, 6 nəfəri isə könüllülərdir”, P. Poroşenko qeyd edib.

Noyabrın 15-nə olan məlumata görə, Ukraynada 700-dən çox insan separatçılar tərəfindən əsir saxlanılır.


Müəllif: