17 Dekabr 2021 10:47
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun 2022-ci il üçün hərbi büdcəsi 1 milyard 560 milyon avro, mülki büdcə isə 289,1 milyon avro olacaq.

Teleqraf.com xəbər verir ki, NATO-nun 2022-ci il üçün büdcəsi artıq təsdiq edilib.

NATO-nun artan siyasi açılışı ilə əlaqədar olaraq, yeni dövrdə mülki işlər üçün daha böyük büdcə yaradılıb.

“Müttəfiqlər NATO-nun 2022-ci il üçün mülki və hərbi büdcələrini qəbul ediblər. Mülki büdcə 289,1 milyon avro, hərbi büdcə isə 1,56 milyard 2 avro olaraq müəyyən edilib”,- NATO-nun bəyanatında deyilir.

Mülki və hərbi büdcələrə əlavə olaraq, alyansın müştərək maliyyələşdirilən üçüncü əsas elementi- NATO Təhlükəsizlik İnvestisiya Proqramıdır (NSIP). Əsas tikinti və komanda-nəzarət sistemi sərmayələrini əhatə edən NSIP üçün 2022 büdcəsi 790 milyon avro təşkil edir.

NATO-nun mülki büdcəs 2021-ci illəmüqayisədə 8,9 faiz artıb. Bildirilir ki, bu xərc artımının əsas səbəbi NATO-nun davamlı kiber uyğunlaşması olub. Hərbi büdcə NATO Komandanlıq Struktur Qərargahının və dünya üzrə proqramların, missiyaların və əməliyyatların xərclərini əhatə edir.

Qeyd edək ki, NATO-nun əsas rəqibi Rusiyadır. Rusiyanın belə büdcə ilə mübarizə aparması isə yaxın 20 il üçün real görünmür.


Müəllif: Nemət