19 Dekabr 2021 08:17
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın Breksit məsələləri üzrə naziri Devid Frost istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Frost ölkənin Baş naziri Boris Consona ünvanladığı məktubda bildirib.

Frostun nazir vəzifəsini gələn ilin yanvarında tərk edəcəyi ehtimal olunsa da, onun istefa qərarı geniş ictimaiyyətə indi məlum olduğundan, dərhal postunu tərk etməyi məqsədəuyğun hesab edib.

Frost yüksək vergilər, emissiyaların azaldılması öhdəlikləri və koronavirus məhdudiyyətləri daxil olmaqla hökumət siyasətinin istiqamətini bəyənmədiyini açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər