İlanların adları belə insanları qorxutmağa kifayət edir. İlan ailəsindən elələri var ki, sancdıqları insanları qısa müddətdə öldürə bilirlər. Həmin ilanlardan biri də ağac ilanı kimi tanınan bumslanqdır.
Teleqraf.com xəbər verir ki, bu zəhərli ilanın sancdığı insanın dəqiqələr ərzində bədənindən qan açılır.
Bumslanq ağac ilanı növüdür. Bu ölümcül zəhərli ilandır. İnsanlara ancaq təhlükə hiss etdikdə hücum edən və antidotları inkişaf etdirilən bumslanq tərəfindən öldürülmək olduqca zəif ehtimaldır. Amma keçmişdə belə deyildi. 1957-ci ildə herpetoloq Karl Şmidtin tədqiq etdiyi bu ilanlardan biri onun baş barmağından dişləyib.
Bumslanq ilanlarının ən böyük təsiri sancdığı adamın bədənindən bir neçə dəqiqə ərzində qan açılmasıdır. Bumslanqın hücumuna məruz qalan şəxs vaxtında antidot verilməzsə, ağrıdan ölə bilər.