20 Dekabr 2021 14:48
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsi üzrə xüsusi nümayəndələri yaxın vaxtlarda görüşə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Biz münasibətlərin normallaşması prosesinə başlamaq üçün xüsusi nümayəndələr təyin etmişik. Onlar çox yaxın vaxtlarda danışıqlar aparacaqlar”, - deyə nazir bildirib.

M.Çavuşoğlu bu barədə daha ətraflı məlumat verməyib.

Türkiyə XİN başçısı bəzi şirkətlərin İrəvan-İstanbul reyslərinə başlayacağını da vurğulayıb.

Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi elçisi, Ermənistan parlementinin vitse-spikeri Ruben Rubinyan isə Ermənistanın xüsusi nümayəndəsi təyin edilib.


Müəllif: Səxavət