20 Dekabr 2021 17:09
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarda İsveçrənin Davos şəhərində keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumu (WEF) koronavirusun yeni Omikron ştamının yayılması ilə bağlı qeyri-müəyyənliklər səbəbindən yaya təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.

“Omikron epidemiyası ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu təxirə salınıb. Bunun əvəzinə iştirakçılar dünyanın ən aktual problemlərinin həlli yollarının tapılmasına diqqət yetirmək üçün dünya liderlərini onlayn bir araya gətirən “Dünyanın Durumu” (State of the World) toplantılarına qatılacaqlar”, - deyə təşkilatçılar bildirib.

Davos forumun keçirildiyi ənənəvi məkandır. Bu, yalnız bir dəfə İsveçrədən kənarda baş verib: 11 sentyabr 2001-ci il hücumları ilə əlaqədar ABŞ-la həmrəylik əlaməti olaraq 2002-ci ildə Nyu-Yorkda keçirilib.

Dünya İqtisadi Forumu yanvarın 17-dən 21-dək Davosda keçirilməli idi. Sinqapurda keçirilməsi planlaşdırılan əvvəlki forum koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər