“Böyük Ermənistan” xülyasının müdafiəçisi “Daşnaksütyun” Partiyasının rəsmilərinin barəsində cinayət işi açılmış Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Gənclər Təşkilatının Diyabarkırdakı ofisində keçirilən qurultayına qatıldıqları üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, terrorizmin təbliğatına çevrilmiş qurultaya gələn “Daşnaksütyun”un gənclər təşkilatının rəhbərləri Tiqran Çandoyan, Gevorq Qəzəlyan və Niqol Ağbalyanın HDP-nin həmsədri Mithat Sancarla səmimi görüntüləri yayımlanıb.
HDP üzvləri və Mithat Sancarla səmimi fotolar çəkdirən daşnaklar Türkiyə ictimaiyyətinə yaxşı tanışdır. Belə ki, terror təşkilatı kimi tanınan “Daşnaksütyun”un lideri Ovhannisyan 2011-ci ildə verdiyi bəyanatda Qarsın “Artsax”ın paytaxtı olmasına çağırış etmişdi.
“Daşnaksütyun”un sosial şəbəkə hesablarında HDP-nin həmsədri Mithat Sancar və partiya sözçüsü Ebru Günay və erməni iştirakçıların səmimi fotoları paylaşılıb.
“Gənclər Öcalanın fədaisidir” şüarının səsləndirdildiyi qurultayda iştirak edən daşnaklar Azərbaycan və Türkiyənin əleyhinə sərsəm iddialar dilə gətiriblər.