1 Yanvar 2022 14:23
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın əczaçılıq şirkəti “Nobelpharma” 2023-cü ildə ömürlük immuniteti təmin edə biləcək koronavirus peyvəndinin klinik sınaqlarına başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Japan Times” nəşri yazır.

Peyvəndi Tokio Tibb Elmləri İnstitutunun fəxri professor Mitinori Koharanın rəhbərlik etdiyi alimlər qrupu hazırlayıb. Siçanlar üzərində aparılan təcrübələr zamanı alimlər rekombinant vaksinasiya virusuna əsaslanan və tərkibində yüksək patogenli quş qripi genini ehtiva edən peyvənd yaradıb tətbiq ediblər. 20 ayın sonunda peyvənd vurulan fərdlər yüksək səviyyədə antikorlar göstərib və onlar quş qripi virusu vurulduqdan sonra sağ qalıblar. Eyni zamanda peyvənd olunmamış bütün siçanlar ölüb.

Məqalədə qeyd olunur ki, 20 ay siçanların orta ömrü üçün təxmini müddətdir.

Kohara qəzetə açıqlamasında deyib: “Bu peyvəndin xüsusiyyətləri göstərdi ki, o, antikor istehsalını təşviq edə və ömürlük toxunulmazlığı təmin edə bilər. Peyvəndin bir dozası 20 aydan çox təsirli olur, başqa heç bir peyvəndin oxşar təsiri yoxdur”.

“Nobelpharma Co” 2023-cü ildə sağalmış və digər dərmanlarla tam peyvənd olunmuşlar da daxil 150-200 könüllünün iştirakı ilə bu peyvəndin klinik sınaqlarının birinci və ikinci mərhələlərini keçirmək niyyətindədir.

Ömürlük immunitetə əlavə olaraq Kohara onun saxlanma üsulunu bu peyvəndin daha bir böyük üstünlüyü adlandırıb – preparat otaq temperaturunda quru formada uzun müddət saxlanıla bilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər