4 Yanvar 2022 18:16
5 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda jurnalistlər, tədqiqatçılar və sənətçilər də daxil olmaqla onlarla müsəlman qadının son aylarda saxta onlayn hərraclarda satışa çıxarıldığı müşahidə olunub.

Teleqraf.com xəbər verir ki, bu inanılmaz təcrübə aylarla davam edən mübarizədən sonra aradan qaldırılıb.

Ötən ay Hindistanda “satılır” deyə yüzdən çox müsəlman qadının fotolarını yayımlayan komputer tətbiqi veb platformadan qaldırılıb.

Şəkillərini kompüter proqramında yerləşdirən qadınlar iki ştatda Hindistan polisinə şikayət edərək, "Twitter"də “Bulli Bai” adlı proqramın tərtibatçıları və məzmun paylaşmaq üçün istifadə edilən həştəqlərdən şikayətləniblər. Bundan sonra “GitHub” adlı veb platforma tətbiqi silib.

İyul ayında “Sulli Deals” adlı internet saytı və kompüter proqramı internetə yüklədikləri fotoşəkillərdən istifadə edərək 80-dən çox müsəlman qadının profilini yaradıb və bunu “günün fürsəti” olaraq satışa təqdim edib. Hər iki halda real satış əməliyyatı olmayıb. Məqsəd yalnız şəxsi fotolarını yerləşdirərək müsəlman qadınları alçaltmaq olub.


Müəllif: Nemət